Bank Of Baku

Azərbaycan ilk dəfə olaraq “Caravan” sərgisində təmsil olunacaq

Azərbaycan ilk dəfə olaraq “Caravan” sərgisində təmsil olunacaq
# 25 noyabr 2011 03:25 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Noyabrın 30-da Kanadanın Toronto şəhərində yerləşən Corc Braun Kollecində “Caravan” adlı sərgi keçiriləcək. APA-nın məlumatına görə, bu il şərqidə dünyanın 20-dən çox ölkəsinin qatılacağı tədbirdə Azərbaycan da təmsil olunacaq. Ölkəmizin sərgidə iştirakı Kanadada siyasi mühacir həyatı yaşayan, əslən İrandan olan azərbaycanlı fəalların əməyi nəticəsində mümkün olub. Saat 10:00-dan 14:00-a kimi davam edəcək tədbirə Azərbaycan Türkiyə ilə birlikdə qatılacaq. Azərbaycanın milli musiqi alətləri və digər maddi-mədəniyyət nümunələri, ölkəmizin tarixi və mədəniyyəti ilə bağlı CD-lər, xəritələr və s. Türkiyə üçün ayrılmış stenddə nümayiş olunacaq. Azərbaycana aid nümunələrin üzərinə Azərbaycan Respublikası, bəzilərinə isə Güney Azərbaycan ifadəsi yazılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR