Bank Of Baku

NASA iki illik Mars missiyasına start verib

NASA iki illik Mars missiyasına start verib
# 27 noyabr 2011 01:36 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın fəza agentliyi Marsda həyat əlamətlərini tədqiq etmək üçün son model kosmik aparatını iki illik missiyaya göndərib.

APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, NASA-nın 2.5 milyard dollarlıq Mars Elmi Laboratoriyası adlanan cihaz Floridadasan pilotsuz raket vasitəsilə kosmosa uçub.

Maşın həcmində olan aparatın 17 kamerası, robot-qolu, lazeri və planetin qayalarını dəlmək üçün dreli var. Aparatın Marsa avqust ayında çatacağı gözlənilir. Nəzərdə tutulan eniş nöqtəsi 150 kilometr genişliyində Geyl Krateridir. Bu krater Avstraliyalı astronom Valter Geylin şərəfinə adlanır.

Alimlər kraterin bəzi cizgilərini analiz edərək bu qənaətə gəliblər nə vaxtısa bu ərazidən su axmış ola bilər. Alimlər aparatın missiyası əsasında Marsın ətraf mühiti haqda tarixi bilgi əldə edəcəklərinə ümid bəsləyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR