Bank Of Baku

Torontoda 21 Azər Hərəkatının ildönümü anılacaq

Torontoda 21 Azər Hərəkatının ildönümü anılacaq
# 27 noyabr 2011 02:31 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Dekabrın 11-də Kanadanın Toronto şəhərində İranda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Azərbaycan Milli Hökumətinin yaranmasının 66-cı və süquta uğradılmasının 65-ci ildönümü ilə əlaqədar konfrans keçiriləcək. APA-nın məlumatına görə, Kanadada siyasi mühacir həyatı yaşayan, əslən İrandan olan azərbaycanlı fəalların keçirəcəyi tədbirdə Azərbaycan Milli Hökumətinin necə yaranması və süquta uğradılması barədə qonaqlara məlumat veriləcək, mövzu ilə bağlı müxtəlif səpkidə çıxışlar olacaq, eyni zamanda Azərbaycan Milli Hökumətinin fəaliyyət göstərdiyi bir il ərzində müxtəlif tədbirlərdən çəkilmiş və bu günə qədər qorunan videogörüntülər nümayiş etdiriləcək. Yerli vaxtla saat 14:00-da keçiriləcək tədbir Torontodakı North York kitabxanasının konfrans salonunda baş tutacaq.
Qeyd edək ki, 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında İranda Azərbaycan Milli Hökuməti yaradılıb. Bir il sonra, yəni 1945-ci il dekabrın 17-də İran şahı Məhəmmədrza Pəhləvinin rəhbərliyi altında Təbrizə qoşun yeridilərək Azərbaycan Milli Hökuməti devrilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR