Bank Of Baku

ABŞ-ın vitse-prezidenti Türkiyəyə səfər edəcək

ABŞ-ın vitse-prezidenti Türkiyəyə səfər edəcək
# 29 noyabr 2011 02:54 (UTC +04:00)
Bakı-APA. ABŞ vitse-prezidenti Cozef Bayden dekabrın 2-4-də Türkiyə və Yunanıstana səfər edəcək. Bu barədə Baydenin köməkçisi Toni Blinken məlumat verib.

Səfər çərçivəsində Bayden prezident Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Səfərin əsas məqsədi İstanbulda keçiriləcək Qlobal sahibkarlıq sammitində iştirakdır.

İstanbulda ABŞ vitse-prezidenti yunan patriarxı Varfolomeylə də görüşəcək.

Blinkenin sözlərinə görə, vitse-prezident Türkiyə səfəri zamanı PKK terror təşkilatı ilə mübarizədə ABŞ-ın yardımını və kəşfiyyat məlumatlarının məübadiləsini müzakirə edəcək.

Blinken bildirib ki, ABŞ terrorçuluqla mübarizə üçün Türkiyəyə 3 «Kobra» döyüş helikopteri satacaq.

Görüşlər zamanı həmçinin qarşılıqlı sərmayələr və ticarət, Suriyada vəziyyət, Kipr məsələsi üzrə danışıqlarda irəliləyiş, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması müzakirə olunacaq.

Yunanıstana səfəri zamanı vitse-prezident ABŞ-ın bu çətin dövrlərdə yunan xalqının yanında olduğunu göstərməyə çalışacaq. Səfər zamanı Bayden Yunanıstan prezidenti Karlos Papualis və baş nazir Lukas Papademosla görüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR