Bank Of Baku

ABŞ-ın vitse-prezidenti İraqa əvvəlcədən elan edilməmiş səfər edib

ABŞ-ın vitse-prezidenti İraqa əvvəlcədən elan edilməmiş səfər edib
# 30 noyabr 2011 00:09 (UTC +04:00)
Bakı-APA.ABŞ-ın vitse-prezidenti Co Bayden əvvəlcədən elan edilmədən İraqa səfər edib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Ağ Evin bəyanatında vitse-prezident Baydenin İraq liderlərilə görüşəcəyi və ABŞ və İraq silahlı qüvvələrinin itkiləri və nailiyyətlərinin qeyd edildiyi tədbirlərdə iştirak edəcəyi deyilir.

Bölgəyə səfər çərçivəsində Bayden Türkiyə və Yunanıstana gedəcək. ABŞ-ın vitse-prezidenti İraqa Amerika qüvvələrinin dekabrın 31-ə qədər ölkədən çıxarılmağa başladığı vaxt səfər edir.

Hazırda 170 min nəfərdən ibarət ABŞ hərbi qüvvələrinin ölkədə sayı 14 minə endiriləcək.

Prezident Obama hərbi qüvvələrin ölkədən çıxarılması prosesi başa çatdıqdan sonra ABŞ və İraq arasında münasibətlərdə yeni mərhələnin başlayacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR