Bank Of Baku

ABŞ Senatı İrana qarşı yeni sanksiyaları təsdiq edib

ABŞ Senatı İrana qarşı yeni sanksiyaları təsdiq edib
# 02 dekabr 2011 04:49 (UTC +04:00)
Bakı-APA. ABŞ Senatı İrana yeni qarşı sanksiyaları yekdilliklə təsdiq edib. Qeyd edək ki, Obama administrasiyası bu sanksiyaların ABŞ-ın müttəfiqlərlə münasibətlərini korlaya biləcəyini vurğulayıb.

Yeni qanun layihəsinə görə, İran Mərkəzi Bankı ilə işgüzar əlaqələr qurmuş əcnəbi bankları ABŞ-da cəzalandıracaqlar. Administrasiya isə sanksiyaların neftin qiymətinin qalxmasına səbəb olacağını və nəticədə İranın xeyrinə işləyəcəyini bildirir.

Qanun layihəsini indi də Nümayəndələr palatası müzakirə etməlidir. Xatırladaq ki, Avropa Birliyi xarici işlər nazirləri də İrana qarşı sanksiyaları gücləndiriblər. Onlar əleyhində sanksiya tətbiq olunan şəxs və şirkətlərin siyahısına 180 ad əlavə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR