Bank Of Baku

ABŞ Cənubi Koreyadan İrana qarşı sanksiyaları gücləndirməsini istəyir

ABŞ Cənubi Koreyadan İrana qarşı sanksiyaları gücləndirməsini istəyir
# 05 dekabr 2011 23:06 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ dövlət katibinin böyük məsləhətçisi Robert Aynhorn İranın nüvə proqramının dünya üçün böyük təhdid olduğunu və beynəlxalq ictimaiyyətin bundan ciddi narahatlıq keçirdiyini bildirib. APA-nın məlumatına görə, Robert Aynhorn paytaxt Seul şəhərində cənubi koreyalı həmkarı ilə görüşdə bildirib ki, İran nüvə proqramını sürətlə davam etdirir və bununla bağlı məlumatları dünya ictimaiyyətindən gizlədir. Eyni zamanda nüvə proqramı ilə bağlı danışıqların başlanmasında da maraqlı deyil. Ona görə də bu ölkəyə qarşı kəskin addımların atılması zəruridir. ABŞ dövlət katibinin böyük məsləhətçisi Cənubi Koreyada İrana qarşı sanksiyaları gücləndirməyi və bu ölkədən neft məhsullarının idxalına qadağa qoymasını istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR