Bank Of Baku

ABŞ-ın virtual İran səfirliyi fəaliyyətə başlayıb

ABŞ-ın virtual İran səfirliyi fəaliyyətə başlayıb
# 06 dekabr 2011 22:28 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Dekabrın 6-dan ABŞ-ın İran vətəndaşları üçün virtual səfirliyi fəaliyyətə başlayıb. APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibi Hillari Klinton bildirib. Onun sözlərinə görə, internet üzərindən ingilis və fars dillərində xidmət göstərməyə başlayan ABŞ-ın virtual İran səfirliyinin saytında Birləşmiş Ştatlarının rəhbərliyinin İran xalqı ilə əlaqələr qurmaq üçün belə bir üsulu seçdiyi açıqlanıb. Saytda nümayiş olunan videomüraciət Hillari Klinton iki ölkə arasında diplomatik əlaqələrin olmamağı ABŞ və İran vətəndaşları arasındakı dialoqa mane olduğunu söyləyib. O virtual səfirliyin iki ölkə xalqlarının bir-birilərini daha yaxşı anlamalarına qulluq edəcəyinə və maneələri aşmaq üçün yeni texnologiyanın istifadə olunacağını bildirib. ABŞ-ın virtual İran səfirliyi ingiliscə http://iran.usembassy.gov, http://tehran.usembassy.gov, farsca isə htpp//persian.iran.usembassy.gov ünvanlarından xidmət göstərir.
Qeyd edək ki, ABŞ-la İran arasında diplomatik münasibətlər 1979-cu ildə kəsilib. Həmin il İran İslam Respublikasının qurucusu, ayətullah Ruhullah Xomeyninin tərəfdarı olan bir qrup tələbə ABŞ-ın Tehrandakı səfirliyini ələ keçirərək 52 amerikalı diplomatı girov götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR