Bank Of Baku

ABŞ Avropa Birliyinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir

ABŞ Avropa Birliyinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir
# 10 dekabr 2011 00:48 (UTC +04:00)
Bakı-APA. Obama administrasiyası Ümumdünya Ticarət Təşkilatına Avropa Birliyinə qarşı sanksiyalar tətbiq etmək barədə icazə üçün müraciət edib. ABŞ Avropa Birliyini Airbus aviasiya konsorsiumuna subsidiyalar verməmək barədə vədə əməl etməməkdə günahlandırır. Bu barədə ABŞ administrasiyasının nümayəndəsi Ron Kirk məlumat verib. ABŞ tərəfinin fikrincə, bununla avropalılar ədalətli rəqabət qaydalarını pozublar. Kirkin sözlərinə görə, sanksiyalar ilk vaxtlarda 7-10 milyard dollar həcmində nəzərdə tutulur.

Xatırladaq ki, ABŞ-ın Boeing korporasiyası və Airbus uzaq məsafəli avialaynerlər bazarını ələ keçirmək uğrunda mübarizə aparırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR