Bank Of Baku

ABŞ pilotsuz təyyarəsini İrandan geri istəyir

ABŞ pilotsuz təyyarəsini İrandan geri istəyir
# 13 dekabr 2011 01:26 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ prezidenti Barak Obama İrandan ələ keçirdiyi Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” tipli pilotsuz təyyarəsini geri qaytarmasını istəyib. APA-nın məlumatına görə, Ağ Evdə İraqın baş naziri Nuri Əl-Maliki ilə keçirdiyi birgə mətbuat konfransı zamanı Barak Obama deyib ki, gizli kəşfiyyat məsələlərinə toxunmayacaq, ancaq Birləşmiş Ştatlar təyyarəni İrandan geri istəyib və hazırda bu ölkədən cavab gözləyir.
Qeyd edək ki, ötən gün iranlı general Hüseyn Salami dövlət televiziyasına açıqlamasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun ötən həftə ölkənin şərqində, Əfqanıstan sərhədindən təxminən 225 km içəridə, Kaşmar şəhəri yaxınlığında ələ keçirdiyi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” tipli pilotsuz casus təyyarəsini geri verməyəcəyini açıqlayıb. O bəyan edib ki, gizli və əhəmiyyətli kəşfiyyat məlumatlarını əldə etmək məqsədilə bir ölkənin milli təhlükəsizliyinə istiqamətlənmiş hərəkətə yol vermiş tərəfə istifadə etdiyi təcavüzkarlıq simvolu geri verilməz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR