Bank Of Baku

Obama: «İraq müharibəsi bu ay qurtaracaq»

Obama: «İraq müharibəsi bu ay qurtaracaq»
# 12 dekabr 2011 23:47 (UTC +04:00)
Bakı-APA. 9 illik hərbi əməliyyatlardan sonra İraqdakı müharibə bu ay başa çatacaq. ABŞ prezidenti Barak Obama İraqın baş naziri Nuri əl-Maliki ilə keçirdiyi mətbuat konfransında bu fikri səsləndirib.

Obama qeyd edib ki, ABŞ «özünə əmin və suveren İraq»ı tərk edir. «Bağdad öz gələcəyi ilə təkbətək qalmayacaq. ABŞ islam respublikasının daimi tərəfdaşı olaraq qalaca», deyə Barak Obama bildirib.

Obamanın planına əsasən, ABŞ qoşunları İraqı bu il dekabrın 31-dək tərk etməlidirlər. Hazırda İraqda təxminən 6 min ABŞ hərbçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR