Bank Of Baku

ABŞ və Böyük Britaniya Suriyaya qarşı təzyiqi artırmağa çağırıblar

ABŞ və Böyük Britaniya Suriyaya qarşı təzyiqi artırmağa çağırıblar
# 13 dekabr 2011 03:51 (UTC +04:00)
Bakı-APA. ABŞ və Böyük Britaniya Ərəb Dövlətləri Liqasının Suriyadakı vəziyyəti nizamlamaq barədə təşəbbüsünü dəstəkləyirlər. Bu barədə hər iki ölkənin xarici işlər nazirləri bəyan ediblər.

«Biz ABŞ-ın Suriyadakı vəziyyətdən və rejimin dəstəklədiyi zorakılığın davam etməsindən duyduğu narahatlığını bölüşürük. Biz Ərəb Dövlətləri Liqasının təşəbbüsünü dəstəkləyirik və beynəlxalq ictimaiyyəti birləşərək Suriyadakı zorakılığı pisləməyə çağırırıq», deyə Britaniya xarici işlər nazirliyi Uilyam Heyq ABŞ dövlət katibi Hillari Klintonla Vaşinqtonda keçirdiyi birgə mətbuat konfransında bildirib.

Suriyada artıq 9 aydır ki, hökumət əleyhinə çıxışlar gedir. Ərəb Dövlətləri Liqası Suriyaya müşahidəçilər göndərməyi təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR