Bank Of Baku

ABŞ İrana qarşı yeni sanksiya tətbiq edib

ABŞ İrana qarşı yeni sanksiya tətbiq edib
# 14 dekabr 2011 02:15 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ-ın Maliyyə Nazirliyi İran Silahlı Qüvələrinin Baş Qərargah rəisi, general Seyid Həsən Firuzabadiyə və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Quru Qüvvələri komandanının müavini Abdulla Əraqiyə sanksiya tətbiq edib. APA-nın məlumatına görə, ABŞ-ın Maliyyə Nazirliyi yaydığı bəyanatda sanksiyanın səbəbini açıqlayıb. Sənəddə bildirilir ki, Seyid Həsən Firuzabadi və Abdulla Əraqi İranda insan haqlarını pozduqları üçün onlara qarşı bu cür addım atılıb. ABŞ-ın Maliyyə Nazirliyi “Sepah”ı son prezident seçkilərinə etiraz məqsədilə keçirilmiş aksiyalarda iştirak etmiş ölkə vətəndaşlarına qarşı işgəncə verməkdə günahlandırır və Abdulla Əraqini nümayişçilərə zorakılıq göstərməkdə təqsirləndirir. Sanksiyaya məruz qalan bu iki şəxsin ABŞ-dakı əmlakı dondurulub və ölkə vətəndaşlarının onlarla ticarət əlaqələri aparması qadağan edilib. Eləcə də Seyid Həsən Firuzabadiyə və Abdulla Əraqiyə ABŞ-a səfər etməsi üçün viza verilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR