Bank Of Baku

ABŞ Nümayəndələr Palatası Türkiyədəki dini azlıqlara məxsus olmuş mülkiyyətin onlara geri qaytarılmasına dair qətnamə qəbul edib

ABŞ Nümayəndələr Palatası Türkiyədəki dini azlıqlara məxsus olmuş mülkiyyətin onlara geri qaytarılmasına dair qətnamə qəbul edib
# 14 dekabr 2011 08:19 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. ABŞ Konqresinin Nümayəndələr Palatası Türkiyədəki dini azlıqlara məxsus olmuş mülkiyyətin onlara geri qaytarılmasına çağıran qətnaməni qəbul edib. APA-nın Amerika Erməni Milli Komitəsinin saytına istinadən verdiyi məlumata görə, 306 saylı qətənamə vaxtilə erməni, yunan və assuriyalılara aid olmuş kilsə və digər daşınmaz mülkiyyətin bu icmalara qaytarılması üçn səy göstərmək və ABŞ rəsmilərinin Türkiyə höküməti ilə təmaslarında bu məsələni diqqət mərkəzində saxlamaq tövsiyə olunur.

Sənəddə bildirilir ki, ötən əsrin əvvələrində Türkiyədə xristianlara aid kilsə, məktəb, monastır və digər ibadət məkanları müsadirə edilərək fərqli məqsədlər üçün istifadə edilib. Qətnamə müəlliflərindən biri konqresmen Ed Roys bəyan edib ki, bu sənəd Türkiyədəki milli və dini azlıqlara kilsə və məktəblərini sərbəst ziyarət etməyə imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR