Bank Of Baku

Amerikalı senatorlar Maykl Makfolun Rusiyaya səfir vəzifəsinə təsdiqlənməsini təxirə salmağı tələb edirlər

Amerikalı senatorlar Maykl Makfolun Rusiyaya səfir vəzifəsinə təsdiqlənməsini təxirə salmağı tələb edirlər
# 14 dekabr 2011 10:01 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə-APA. Bir qrup amerikalı senator Maykl Makfolun Rusiyadakı səfir vəzifəsinə təsdiqlənməsini təxirə salmağı tələb edib. APA-nın Rusiyanın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb kimi amerikalı diplomatın Rusiyaya mülayim mövqeyi və Raket Əleyhinə Sistemlə bağlı Moskvanı məlumatlandırmaq niyyətidir.

“Senatorlar artıq iki dəfə Makfolun namizədliyinin təsdiqlənməsini təxirə salıblar. Senatorlar dekabrın sonu tətilə gedəndə prezident Obamanın Makfolu Senatın icazəsi olmadan səfir vəzifəsinə təyin etmək imkanı qalır. Amma Maykl Makfol ətrafındakı qalmaqal ikitərəfli münasibətlərə ciddi ziyan vurub”.

Xatırladaq ki, cari ayın sonuna kimi təyinatının təsdiqlənməsi gözlənilən digər səfir ABŞ-ın Azərbaycandakı təmsilçisi Metyu Brayzadır. ABŞ Konqresindəki ermənipərəst senatorlar Brayzanın Azərbaycan və Türkiyə ilə “özəl münasibətlərinə” istinad edərək onun namizədliyini təsdiqləmək istəmirlər. ABŞ qanunvericiliyinə görə, namizədin təsdiqlənməsi konsensus əsasında olmalıdr. Bu isə Obama tərəfindən irəli sürülmüş ABŞ diplomatlarının təsdiq olunmaq şanslarını azaldır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR