Bank Of Baku

Barak Obama Mayk Makfolun ABŞ-ın Rusiyadakı səfiri postuna təsdiqlənməsi üçün Konqresə müraciət edib

Barak Obama Mayk Makfolun ABŞ-ın Rusiyadakı səfiri postuna təsdiqlənməsi üçün Konqresə müraciət edib
# 16 dekabr 2011 08:16 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə-APA. ABŞ prezidenti Barak Obama Mayk Makfolun ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə təsdiqlənməsi üçün onun namizədliyini Konqresə təqdim edib. APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Mayk Makfol ABŞ Milli Təhlükəsizlik Şurasında Rusiya üzrə direktor vəzifəsində çalışır. Konqresmenlər artıq iki dəfə Makfolun namizədliyini rədd ediblər. Bəzi amerikalı qanunvericilər hesab edir ki, Makfol Rusiyaya münasibətdə çox mülayim mövqe tutur. Yaxın bir həftə ərzində konqresmenlər Makfolun namizədliyini təsdiq etməsələr, o halda Amerikanın Rusiyadakı səfiri postu bir müddət boş qalacaq.

Xatırladaq ki, cari ayın sonuna kimi namizədliyinin təsdiqlənməsi gözlənilən digər səfir ABŞ-ın Azərbaycandakı təmsilçisi Metyu Brayzadır. ABŞ qanunvericiliyinə görə, namizədin təsdiqlənməsi konsensus əsasında olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR