Bank Of Baku

ABŞ Senatı Mayk Makfolu Rusiyada səfir vəzifəsinə təsdiqləyib

ABŞ Senatı Mayk Makfolu Rusiyada səfir vəzifəsinə təsdiqləyib
# 19 dekabr 2011 08:22 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. ABŞ Senatı Rusiyaya səfir vəzifəsinə namizədliyi irəli sürülən Mayk Makfolun namizədliyini təsdiqləyib. APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, M. Makfola qarşı çıxan senator Mark Kirk sonda öz etirazını geri götürüb.

Maykl Makfol son vaxtlara kimi ABŞ Milli Təhlükəsizlik Şurasında Rusiya üzrə direktor vəzifəsində çalışıb. Cari il ərzində senatorlar iki dəfə M. Makfolun namizədliyini rədd ediblər. Bəzi amerikalı qanunvericilər Makfolun Rusiyaya münasibətdə çox mülayim mövqe tutduğunu bildirirdilər.

Xatırladaq ki, bu ayın sonuna kimi təsdiqlənməsi gözlənilən digər səfir ABŞ-ın Azərbaycandakı təmsilçisi Metyu Brayzadır. Konqresdəki ermənipərəst senatorlar M. Brayzanın Azərbaycan və Türkiyə ilə yaxın münasibətlərini bəhanə edərək onun namizədliyinə qarşı çıxırlar. ABŞ qanunvericiliyinə görə, namizədin təsdiqlənməsi konsensus əsasında olmalıdr və əleyhinə verilmiş bir səs belə namizədin rədd edilməsi üçün yetərlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR