Bank Of Baku

Bayden: «Taliban» ABŞ-ın düşməni deyil

Bayden: «Taliban» ABŞ-ın düşməni deyil
# 20 dekabr 2011 03:59 (UTC +04:00)
Bakı-APA. «Taliban» radikal islamçı hərəkatı özü-özlüyündə Birləşmiş Ştatların düşməni deyil. APA-nın məlumatına görə, bu barədə Newsweek jurnalına müsahibə verən ABŞ vitse-prezidenti Cozef Bayden bildirib.

«Taliban» özü-özlüyündə bizim düşmənimiz deyil. Prezident Obama heç vaxt deməyib ki, «Taliban» bizim maraqlarımıza təhlükə yaratdığı üçün düşməndir», deyə Bayden bəyan edib.

Onun sözlərinə görə, Vaşinqton Əfqanıstanda ağır barışıq prosesini həyata keçirir və hazırda Əfqanıstanda ABŞ-a təhlükə yaratmayan qüvvələrin olmaması onu qane edə bilər. «Bu bizim üçün kifayət edərdi, lakin hələlik buna nail ola bilməmişik», deyə vitse-prezident bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR