Bank Of Baku

ABŞ Senatı: ABŞ Əfqanıstana yüklərin daşınması üçün əsas ümidini Mərkəzi Asiya, Rusiya və Cənubi Qafqazdan keçən tranzit marşrutlara bağlayıb

ABŞ Senatı: ABŞ Əfqanıstana yüklərin daşınması üçün əsas ümidini Mərkəzi Asiya, Rusiya və Cənubi Qafqazdan keçən tranzit marşrutlara bağlayıb
# 20 dekabr 2011 08:42 (UTC +04:00)
APA-nın “Associated Press” agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə ABŞ Senatının hesabatında bildirilir.

“Pakistan Əfqanıstanla sərhəddə yolları bağlayıb, bununla əlaqədar ABŞ digər marşrutlar üzrə yük daşımalarının həcmini artırmağa məcburdur. Hazırda üç belə marşrut mövcuddur. Birincisi, Poti, Azərbaycan və Xəzər dənizindən keçməklə Mərkəzi Asiyaya, ikincisi, Riqa, Rusiya, Qazaxıstan və Özbəkistan üzərindən keçməklə, üçüncüsü, Latviya, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan üzərindən keçməklə. Bu marşrutlar üzrə yanacaq, paltar, nəqliyyat vasitələri və digər neytral yüklər daşınır”.

Hesabatda ABŞ Hərbi Nəqliyyat Komandanlığının tədqiqatlarına istinadən bildirilir ki, əgər üç il əvvəl Əfqanıstana qeyri-hərbi yüklərin 90 faizi Kəraçi vasitəsilə daşınırdısa, hazırda bu yüklərin 75 faizi “Şimal marşrutu” üzrə daşınır. Yüklərin 40 faizi quru, 31 faizi hava, 29 faizi Pakistan vasitəsilə daşınmaqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR