Yevlaxda 86 yaşlı qadının evində meyiti tapılıb

Yevlaxda 86 yaşlı qadının evində meyiti tapılıb
# 14 mart 2016 12:38 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Yevlaxda mənzildə meyit aşkarlanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Yevlax şəhərində mənzildə 1930-cu il təvəllüdlü Nəsibova Maral Qara qızının bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və M.Nəsibovanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR