Rusiya Dövlət Tarixi Muzeyində Azərbaycana aid bayraqlar aşkar olunub

Rusiya Dövlət Tarixi Muzeyində Azərbaycana aid bayraqlar aşkar olunub
# 21 dekabr 2015 08:10 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Moskvada elmi ezamiyyətdə olan Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Pərvin Gözəlov Rusiyanın mərkəzi muzeylərində Azərbaycanın dövlətçilik tarixi, dövlətçilik atributları ilə bağlı araşdırmalar aparır.

Milli Azərbaycan Tarixi Muzeyindən APA-ya verilən məlumata görə, P. Gözəlov Rusiya Mərkəzi Dövlət Müasir Tarixi Muzeyinin bayraqlar fondunda Azərbaycana aid bir neçə bayrağın mövcudluğunu müəyyən edib.

Rusiyanın müasir tarixinin araşdırılması üzrə ən böyük mərkəzlərdən olan muzeydə XIX əsrin II yarısından bu günə qədər olan tarixi əhəmiyyətli eksponatlar qorunur.

Muzeydə Azərbaycanın sovet dövrü tarixini əhatə edən eksponatlar sırasında bir neçə keçici bayraqlar aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR