ABŞ-ın vitse-prezidenti: Ukrayna üzrə danışıqlar dalana dirənib

ABŞ-ın vitse-prezidenti Cey Di Vens

© APA | ABŞ-ın vitse-prezidenti Cey Di Vens

# 19 may 2025 18:20 (UTC +04:00)

Ukraynada müharibənin başa çatması ilə bağlı danışıqlar dalana dirənib.

APA xəbər verir ki, bu barədə “Fox news” ABŞ-ın vitse-prezidenti Cey Di Vensə istinadən məlumat yayıb.

“Ukraynadakı müharibə ilə bağlı danışıqların müəyyən bir çıxılmaz vəziyyətə düşdüyünü başa düşürük”, - ABŞ-ın vitse-prezidenti deyib.

Eyni zamanda, o əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin “müharibədən necə çıxacağını tam bilmir”.

“Əgər Rusiya iştirak etmək istəmirsə, nəticədə ABŞ bunun bizim müharibəmiz olmadığını söyləməlidir”, Vens vurğulayıb.

Elnur Babayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR