Bank Of Baku

Aİ ABŞ-a qarşı ticarət tədbirlərinin tətbiqini təxirə salıb

Aİ ABŞ-a qarşı ticarət tədbirlərinin tətbiqini təxirə salıb
# 20 mart 2025 17:51 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) ABŞ-a qarşı ticarət tədbirlərinin tətbiqini aprelin 1-dən ayın ortalarına qədər təxirə salıb.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında bildirilib.

Məlumata görə, Aİ ABŞ-dan olan tərəfdaşlarla əlavə məsləhətləşmələr aparmağı planlaşdırır.

Qeyd edilib ki, martın 12-də elan olunan cavab tədbirləri aprelin ortalarında qüvvəyə minəcək. Bu gecikmə ABŞ administrasiyası ilə aparılan danışıqlara əlavə vaxt vermək məqsədi daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR