Hazırda Qusar, Goranboy, Şəki, Gədəbəy və Göygöl rayonları ərazisində qızıl və digər filiz yataqlarının axtarış işləri aparılır.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Köklü qızıl yataqlarının axtarışı Kiçik Qafqaz və Naxçıvan MR-da aparılıb. Səpinti qızıl yataqlarının axtarışı isə yalnız Naxçıvan MR-nın Ərəfsə, Camaldin, Qaradərə və Xoşkeşin sahələrində yerinə yetirilib. Nəticədə Xoşkeşin sahəsində səpinti qızılın ehtiyatları C2, Ərəfsə və Camaldin sahələrində isə səpinti qızılın resursları P1 kateqoriyası ilə hesablanıb.