Myanma naziri: "Myanmada müsəlmanlar harmoniya şəklində yaşayırlar"

Myanma naziri: "Myanmada müsəlmanlar harmoniya şəklində yaşayırlar"
# 05 aprel 2018 14:48 (UTC +04:00)

"Myanma çoxdinli bir ölkədir. Myanmada bir çox xalqlar, o cümlədən müsəlmanlar harmoniya şəklində yaşayırlar".

APA-nın məlumatına görə, bunu bu gün Myanmanın beynəlxalq əməkdaşlıq üzrə birlik naziri Kyav Tin Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.

Nazir deyib ki, Myanma hökuməti ölkə daxilində bütün icmaların sabitliyi və inkişafı üçün dayanıqlı həll yolları tapmağa sadiqdir: "Myanma hökuməti insanların rifahının yüksəldilməsi üçün üzərinə düşən bütün addımları atır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR