Avro Azərbaycan manatına qarşı bahalaşıb

Avro Azərbaycan manatına qarşı bahalaşıb
# 10 avqust 2015 06:36 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün avqustun 7-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 10-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0, 0003 manat və ya 0,03% ucuzlaşaraq 1,0494 manat səviyyəsində qalıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0055 manat və ya 0,5% artaraq 1,1508 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR