“İpək yolu” ölkələri arasında işçi qrupu yaradıla bilər

“İpək yolu” ölkələri arasında işçi qrupu yaradıla bilər
# 28 noyabr 2017 14:00 (UTC +04:00)

““İpək yolu” təşəbbüsü ilə bağlı həyata keçirilən layihələrdə qarşıya çıxa biləcək problemlərin həll olunması məqsədilə yüksək səviyyəli işçi qrupunun yaradılması ilə bağlı müzakirələr aparılır”.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Tbilisidə keçirilən beynəxlalq “İpək yolu” forumunda Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili deyib.

Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan öz növbəsində özəl sektorun bu sahəyə dəstək olmasının vacib olduğunu deyib: “İşçi qrupunun yaradılması ilə bağlı bir sıra görüşlər keçirilir və danışıqlar aparılır. Yarana biləcək hər hansı bir problemin dərhal aradan qaldırılması çox vacibdir.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR