Azərbaycan inklüziv inkişaf indeksinə görə III pillədə qərarlaşıb

Azərbaycan inklüziv inkişaf indeksinə görə III pillədə qərarlaşıb
# 22 yanvar 2018 11:37 (UTC +04:00)

Azərbaycan inklüziv inkişaf indeksinə görə inkişaf etməkdə olan ölkələr sırasında üçüncü yerdə qərarlaşıb.

APA-Economics” Dünya İqtisadi Forumunun “İnklüziv inkişaf indeksi – 2018” adlı hesabatına istinadən xəbər verir ki, ölkəmiz 4,69 balla yalnız Litva (4,86) və Macarıstandan (4,74) geri qalır.

Qeyd edək ki, hesabatda inkişaf etmiş (İEÖ) və inkişaf etməkdə olan ölkələrin (İEOÖ) adları yer alıb. İnkişaf etmiş ölkələr sırasında iqtisadiyyatın inklüzivliyinə görə Norveç 6,08 balla 1-ci, İslandiya 6,07 balla 2-ci, Lüksemburq 6,07 balla 3-cü pillədə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR