Bank Of Baku

KİV: ABŞ Qrenlandiya ilə təbii ehtiyatlar üzrə əməkdaşlığı müzakirə edir

KİV: ABŞ Qrenlandiya ilə təbii ehtiyatlar üzrə əməkdaşlığı müzakirə edir
# 18 may 2026 22:28 (UTC +04:00)

ABŞ Qrenlandiya ilə təbii ehtiyatların işlənməsi sahəsində əməkdaşlıq imkanlarını müzakirə edir.

Bu barədə “The New York Times” Vaşinqton, Kopenhagen və Qrenlandiyadakı mənbələrə istinadən yazıb.

Məlumata görə, Vaşinqton Qrenlandiyanın neft, uran, nadir torpaq metalları və digər strateji faydalı qazıntılarla zəngin olmasına xüsusi maraq göstərir. ABŞ həmçinin adada hərbi mövcudluğunu qeyri-məhdud müddətə saxlamaq niyyətindədir.

Qeyd olunub ki, Vaşinqton böyük investisiya layihələrinə veto hüququ əldə etməyə çalışır ki, bununla da Rusiya və Çin kimi rəqiblərin təsirini məhdudlaşdırsın.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR