Kuba XİN: ABŞ sualtı qayığı ölkə sularımıza dəvətsiz daxil olur

Kuba XİN: ABŞ sualtı qayığı ölkə sularımıza dəvətsiz daxil olur
# 15 iyun 2024 06:59 (UTC +04:00)

Kuba Xarici İşlər Nazirliyi ABŞ-nin “USS Helena” sualtı qayığının ölkənin ərazi sularında olmasından xəbərdar olsa da, bu tip səfərlərin dəvət əsasında həyata keçirilməli olduğunu təkid edir.

APA “Cubadebate” portalına istinadən xəbər verir ki, bu barədə respublikanın xarici işlər nazirinin müavini Karlos Fernandes de Kossio Dominqes məlumat yayıb.

“Biz onların mövcudluğundan xəbərdar idik, çünki uzun illər izlədiyimiz presedentlərə görə, ABŞ bizi əvvəlcədən məlumatlandırmışdı. Amma aydındır ki, Kubaya qarşı rəsmi düşmənçilik siyasəti yürüdən bir ölkəyə məxsus bu tipli texnikanın ərazimizdə olması və sularımızdan keçməsi bizim xoşumuza gəlmir”, - nazir müavini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR