Azərbaycan Premyer Liqası Avropada sonuncu “dördlük”də yer alıb

Azərbaycan Premyer Liqası Avropada sonuncu “dördlük”də yer alıb
# 16 yanvar 2020 16:03 (UTC +04:00)

UEFA-nın 2018-ci illə bağlı hesabatı dərc olunub.

Apasport.az saytının məlumatına görə, siyahıda Avropa ölkələri yüksək liqadakı komanda sayına əsasən də sıralanıb.

Cəmi 8 komandanın ümidinə qalan Azərbaycan Premyer Liqası sonuncu “dördlük”dədir. Çempionatımız Andorra, Litva və Moldova ilə eyni - ən aşağı göstəriciyə malikdir. Rekordçu isə 20 komandalı çempionata malik İtaliya, İspaniya, İngiltərə və Fransadan ibarət “dördlük”dür.

San-Marino (15) və Latviya (9) tək sayda komandaya malik olan çempionatlardır. Digərlərində bu rəqəm cütdür.

Maraqlıdır ki, Avropanın 54 ölkəsindəki liqalar 10 müxtəlif formatla keçirilir. Azərbaycan 4 dövrəlik dairəvi sistemdən istifadə edən 12 liqadan biridir. Albaniya, Xorvatiya, Estoniya, Gürcüstan, İrlandiya, Latviya, Moldova, Şimali Makedoniya, Monteneqro, Sloveniya və İsveçrədə də eyni formatdır.

Ən çox istifadə olunan isə 2 dövrəli dairəvi sistemdir. 15 liqa bu varianta üstünlük verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR