Türkiyədə öldürülən Rusiya səfirinin meyiti bu gün Moskvaya göndəriləcək

Türkiyədə öldürülən Rusiya səfirinin meyiti bu gün Moskvaya göndəriləcək
# 20 dekabr 2016 09:54 (UTC +04:00)

Ankarada qətlə yetirilən Rusiya səfiri Andrey Karlovun meyiti bu gün vətəninə göndəriləcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Ankaradakı səfirliyinin mətbuat attaşesi İrina Kasımova deyib.

O bildirib ki, hava limanında keçiriləcək matəm mərasimində Türkiyə rəhbərliyi iştirak edəcək. Mərasimə həmçinin diplomatik korpusun nümayəndələri qatılacaq.

İ. Kasımova qeyd edib ki, baş vermiş hadisə ilə əlaqədar Rusiyada istintaq qrupu yaradılıb və həmin qrupun üzvləri bu gün Ankarada olacaqlar.

Xatırladaq ki, ötən gün axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri A. Karlov qətlə yetirilib. Hadisəni törədən şəxs polis əməkdaşı Mert Altıntaş olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR