Azərbaycan XİN rəhbəri Estoniya nümayəndə heyətini qəbul edib

Azərbaycan XİN rəhbəri Estoniya nümayəndə heyətini qəbul edib
# 06 aprel 2017 15:55 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Estoniya dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının həmsədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Estoniya arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq məsələləri müzakirə olunub və hökumətlərarası komissiyanın fəaliyyəti yüksək qiymətləndirilib, ölkələrimiz arasında iqtisadi-ticarət münasibətlərinin inkişafı baxımından komissiyanın bu yaxınlarda keçiriləcək iclasının önəmi vurğulanıb.

İki ölkənin nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm və tibb sahələrində əməkdaşlığı üçün əlverişli imkanların mövcud olduğu bildirilib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin genişləndirilməsi, həmçinin qarşılıqlı ixrac imkanlarının araşdırılmasının əhəmiyyəti qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR