Bank Of Baku

Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 22 sentyabr 2026 18:55 (UTC +04:00)

Seçkilərdən sonra biz İranla razılaşma əldə edə biləcəyik.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı deyib.

“Gələcəyə dair böyük ümidlər var. Amma düşünürəm ki, seçkilərdən sonra biz razılaşma əldə edə biləcəyik. Çünki onların mənimlə razılaşmamaq üçün heç bir əsası yoxdur”, – Tramp qeyd edib.

O bildirib ki, qarşı tərəf aralıq seçkiləri və onun nəticələrini gözləyir.

“Mənim üçün yeganə vacib məsələ İranın nüvə silahına sahib olmamasıdır”, – ABŞ Prezidenti deyib.

Tramp, həmçinin ABŞ-ın sursat ehtiyatları ilə bağlı iddialara münasibət bildirib.

“Xainlər məmnuniyyətlə deyirlər ki, Birləşmiş Ştatlar sayıqlığı qorumağı dayandırıb. Onların kifayət qədər sursatı yoxdur, amma bu, belə deyil”, – o bildirib.

Tramp ABŞ-da sursat istehsalının böyük miqyasda həyata keçirildiyini vurğulayıb: “Biz nəhəng miqyasda sursat istehsal edirik, ehtiyatlarımızı yeniləyirik və bunu keçmişdə heç vaxt olmadığı qədər sürətlə həyata keçiririk. Bundan əlavə, sursat istehsalı ilə bağlı planlarımız da işə salınacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR