Azərbaycanda pul kütləsi artıb

Azərbaycanda pul kütləsi artıb
# 09 aprel 2018 09:46 (UTC +04:00)

Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2018-ci ilin martın 1-nə 22 mlrd. 868,1 mln. manat, təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 mlrd. 716,9 mln. manat və ya 13,5% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda 2018-ci ilin yanvar ayı ilə müqayisədə fevralda geniş mənada pul kütləsi 112,7 mln. manat və ya 0,5% artıb.

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.


Eyni zamanda, manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 1 980,9 mln. manat və ya 18,4% artaraq 2018-ci il martın 1-nə 12 744,9 mln. təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR