Mariya Zaxarova: “Polad Bülbüloğlunu sevirik”

Mariya Zaxarova: “Polad Bülbüloğlunu sevirik”
# 09 fevral 2017 14:14 (UTC +04:00)

"Azərbaycanın Rusiyadakı səfiri bizim üçün səfirdən artıqdır. Biz hamımız onu sevirik, lap çoxdan onu ölkəmizin ulduzu hesab edirdik. İndi də belə düşünməkdə davam edirik".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Rusiya-Azərbaycan münasibətlərinin səviyyəsi ilə bağlı dediyi fikirləri bölüşürük. Fikrimcə, münasibətləri daha da inkişaf etdirmək olar. Hesab edirəm ki, mükəmməlliyinin hüdudu yoxdur”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR