Bank Of Baku

“Fox News”: Klinton Trampı 2 faiz qabaqlayır

“Fox News”: Klinton Trampı 2 faiz qabaqlayır
# 04 noyabr 2016 23:53 (UTC +04:00)

ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 2% qabaqlayır.

 

APA-nın “Reuters” agentliyinə  istinadən verdiyi xəbərə görə, “Fox News” telekanalının keçirdiyi son sorğuya əsasən, Klinton seçicilərin səsinin 45, Tramp isə 43 faizini toplaya bilər.

 

“Fox News”-un əvvəlki sorğusunda Klinton Trampı 3 faiz qabaqlayırdı. 1-3 noyabrda keçirilən sorğuda 1211 nəfər iştirak edib.

 

Xatırladaq ki, ABŞ-da noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR