“Yahoo!”-nun adı dəyişdiriləcək

“Yahoo!”-nun adı dəyişdiriləcək
# 10 yanvar 2017 02:49 (UTC +04:00)

ABŞ-ın ən böyük texnologiya şirkətlərindən biri “Yahoo!”-nun adı dəyişdirilərək "Altaba" adlandırılacaq.

APA-nın “The Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, bu, şirkətin aktivlərinin “Verizon Communications”-ə satılmasından sonra baş verəcək.

Eyni zamanda, “Yahoo!”-nun rəhbəri Marissa Mayer və direktorlar şurasının 4 üzvü tutduqları vəzifələri tərk edəcəklər.

Bundan əvvəl “Yahoo!” 2013-ci ildə kiber hücum nəticəsində 1 milyard istifadəçisinin hesab məlumatlarının hakerlər tərəfindən ələ keçirildiyini ehtimal etmişdi. Qalmaqallı açıqlama “Yahoo!” ilə “Verizon Communications” arasında gözlənilən sövdələşməni təhlükə altına qoymuşdu.

ABŞ-ın ən iri mobil telefon operatoru və internet xidməti təchizatçılarından biri “Verizon” iyulda “Yahoo!”-nu 4,83 milyard dollara satın alacağını bildirmişdi.

Xatırladaq ki, “Yahoo!” şirkəti 1994-cü ildə təsis edilib. Şirkətin axtarış sistemi dünyada ən məşhurlardan biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR