Bank Of Baku

ABŞ-ın üç böyük şəhərində terror təhlükəsi ilə əlaqədar xəbərdarlıq edilib

 ABŞ-ın üç böyük şəhərində terror təhlükəsi ilə əlaqədar xəbərdarlıq edilib
# 31 dekabr 2015 08:23 (UTC +04:00)

Bakı – APA. ABŞ prezidenti Barak Obama Nyu-York, Los-Anceles və Vaşinqtonda terror təhlükəsi barədə xəbərdar edilib.

 

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, terror təhlükəsi barədə B. Obamanın keçirdiyi təhlükəsizlik məsələləri üzrə müşavirədə bildirilib.

 

Lakin müşavirədə o da qeyd olunub ki, bu, təsdiqlənmiş məlumat deyil və bir mənbədən alınıb. Xəbərdarlıqda terrorun harada baş verəcəyi də dəqiq göstərilməyib.     

 

Bununla belə, xəbərdarlıqla əlaqədar federal və yerli qüvvələr yeni il şənliklərinin keçirildiyi yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR