Bank Of Baku

ABŞ yenidən Rusiyanı “Taliban” qruplaşmasını silahlandırmaqda ittiham edib

<b>ABŞ yenidən Rusiyanı “Taliban” qruplaşmasını silahlandırmaqda ittiham edib</b>
# 22 avqust 2017 23:09 (UTC +04:00)

ABŞ-ın dövlət katibi Reks Tillerson növbəti dəfə Rusiyanı “Taliban” qruplaşmasını silahlandırmaqda və beynəlxalq hüquq normalarını pozmaqda ittiham edib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın dövlət katibi keçirdiyi mətbuat konfransında bildirib.

 

“Rusiya, həqiqətən, taliblərə silah-sursat tədarük edir, bu beynəlxalq hüquqa, BMT TŞ-nin normalarına ziddir. Biz, əlbəttə ki, buna qarşı çıxış edirik və Rusiyanı buna fikir verməyə çağırırıq”, - deyə Tillerson  qeyd edib.  

 

“Əgər kimsə silah tədarük etmək istəyirsə, bu yalnız Əfqanıstanın hökuməti ilə əlaqədə həyata keçirilə bilər ”, - deyə Tillerson qeyd edib.

 

Rusiya tərəfi bu ittihamları əsassız adlandırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR