Bakı-APA. Kanadada turist avtobusunun aşması nəticəsində 26 nəfər xəsarət alıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Dinbiq şəhərində qeydə alınıb.
Naməlum səbəbdən avtobus idarəetməni itirərək yoldan çıxıb və aşıb. Qəza zamanı turist avtobusunda 50 nəfər olub.
Xəsarət alanlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir. İnsidentlə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Dinbiq şəhəri paytaxt Ottavadan 160 km qərbdə yerləşir.