Bank Of Baku

Kerri: “Hazırkı durum Suriyada ABŞ-Rusiya koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

 Kerri: “Hazırkı durum Suriyada ABŞ-Rusiya koordinasiya mərkəzinin yaradılmasını tələb edir”
# 19 sentyabr 2016 00:16 (UTC +04:00)

Bakı-APA. Hazırkı durum Suriyada ABŞ-Rusiya koordinasiya mərkəzinin yaradılmasını tələb edir.

 

APA-nın Associated Press agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib.

 

Onun sözlərinə görə, adıçəkilən mərkəzin yaradılması o cümlədən hava zərbələrinin endirilərkən səhvləri aradan qaldırmağa imkan verəcək.

 

“Sentyabrın 18-də baş verən hadisə ilə bağlı səhvimizi etiraf edirik. Lakin qeyd etməliyəm ki, silahlı münaqişələr zamanı belə hallara rast gəlinir”, deyə C.Kerri bildirib.

 

Qeyd edək ki, sentyabrın 18-də ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyası Deyr-ez-Zor aerodromunda İŞİD terrorçularının mühasirəsində olan Suriya hərbi birliklərinin mövqelərinə 4 aviazərbə endirib. Nəticədə 62 hərbçi ölüb, 100 hərbçi yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR