Bank Of Baku

Tramp və Netanyahu arasında telefon danışığı olub

 Tramp və Netanyahu arasında telefon danışığı olub
# 09 noyabr 2016 21:36 (UTC +04:00)

ABŞ-da prezident seçkilərinin qalibi Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

 

APA-nın məlumatına görə, bu barədə İsrail baş nazirinin mətbuat xidməti açıqlama yayıb.

 

Söhbət zamanı Netanyahu Trampı noyabrın 8-də keçirilən prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

 

“ABŞ-ın İsraildən yaxşı müttəfiqi yoxdur”, deyə İsrail baş naziri bildirib. Donald Tramp, öz növbəsində, Benyamin Netanyahu ilə mümkün qədər tez görüşmək istədiyini vurğulayıb.

 

Qeyd olunur ki, tərəflər həmçinin regional məsələlərə toxunublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR