Bank Of Baku

ABŞ-da “Armenian Power” adlı cinayətkar qrupun 2 üzvü saxlanılıb

ABŞ-da “Armenian Power” adlı cinayətkar qrupun 2 üzvü saxlanılıb
# 25 dekabr 2015 07:56 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində  “Armenian Power” adlı cinayətkar qrupun iki üzvü yaxalanıb.

 

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, onlar qanunsuz silah və narkotik vasitələr saxlamaqda şübhəli bilinirlər. Polisin məlumatında deyilir ki, 25 yaşlı Akop və 23 yaşlı Berq Naapetyanlar dekabrın 17-də Şimali Hollivudda saxlanılıblar. Evdə aparılan axtarış nəticəsində külli miqdarda silah-sursat tapılıb.

 

Berq Naapetyan 35 min dollar girov müqabilində azadlığa buraxılıb. Akop Naapetyan isə əvvəllər şərti həbs cəzası aldığı üçün azad edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR