ABŞ-da “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 15-ə çatıb

ABŞ-da “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 15-ə çatıb
# 09 oktyabr 2016 22:15 (UTC +04:00)

Bakı-APA. ABŞ-da “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 15-ə çatıb.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, ən çox adam Şimali Karolina ştatında ölüb. Burada təbii fəlakət 7 nəfərin həyatına son qoyub.

Ölüm halları həmçinin Cənubi Karolina, Florida və Corciya ştatlarında qeydə alınıb.

“Metyu” qasırğası Atlantik okeanda 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğa sayılır. Qasırğa Haitidə 877 nəfərin ölümünə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR