Bank Of Baku

ABŞ-da atışma nəticəsində azı 28 nəfər yaralanıb - YENİLƏNİB

ABŞ-da atışma nəticəsində azı 28 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 01 iyul 2017 21:58 (UTC +04:00)

ABŞ-ın Arkanzas ştatında gecə klubunda atışma nəticəsində yaralananların sayı 28 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, onlardan 25 nəfərin odlu silahdan açılan atəş nəticəsində yaralandığı bildirilir. Digər 3 nəfərin başqa səbəbdən yaralandığı qeyd olunur. 

 

Atışma Litl Rok şəhərindəki “Power Lounge” klubunda baş verib.  

 

Hadisənin mübahisə zəminində baş verdiyi və terrorla heç əlaqəsinin olmadığı qeyd olunur.

 

**** 19.54

 

ABŞ-ın Arkanzas ştatında gecə klubunda baş vermiş atışma nəticəsində azı 17 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yaralılardan birinin vəziyyətinin kritik olduğu bildirilir. İnsident nəticəsində yaralananlardan ən kiçiyinin 16 yaşı var.

 

Yerli KİV-lərin məlumatına görə, atışma Litl Rok şəhərindəki “Power Lounge” klubunda baş verib.  

 

Hadisənin mübahisə zəminində baş verdiyi və terrorla heç əlaqəsinin olmadığı qeyd olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR