Bakı-APA. ABŞ-ın Riçmond şəhərində (Virciniya ştatı) avtobus dayanacağında baş vermiş atışma nəticəsində 1 polis ölüb, 6 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Daily Mail” məlumat yayıb.
Bundan əvvəl insident nəticəsində 3 nəfərin yaralandığı bildirilirdi.
Məlumata görə, atışma zamanı 1 polis əməkdaşı həlak olub. Atəş açan naməlum şəxs asayiş keşikçiləri tərəfindən qətlə yetirilib.
**** 00.33
Bakı-APA. ABŞ-ın Riçmond şəhərində (Virciniya ştatı) avtobus dayanacağında baş vermiş atışma nəticəsində bir neçə nəfər yaralanıb. APA-nın CBS telekanalına istinadən verdiyi xəbərə görə, naməlum silahlı şəxs “Greyhound” şirkətinə məxsus avtobus dayanacağında atəş açıb. İlkin məlumata görə, insident nəticəsində üç nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda polis və təcili yardım maşınları cəlb olunub.
Atəş açan şəxs saxlanılıb.