Bakı-APA. ABŞ-ın Kaliforniya ştatında silahlı insident qeydə alınıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Valleyo şəhərində baş verən atışma nəticəsində 1 nəfər ölüb, doqquz yaşlı uşaq daxil olmaqla 3 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Polis hadisə yerini əhatəyə alıb. İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir.