Bank Of Baku

ABŞ-da erməni qadın iş yoldaşının maşınını yandırıb

ABŞ-da erməni qadın iş yoldaşının maşınını yandırıb
# 20 dekabr 2015 07:40 (UTC +04:00)

Bakı – APA. ABŞ-ın Kaliforniya ştatının Berbenk şəhərinin erməni əsilli sakini tutulub.

 

APA-nın məlumatına görə, “Los Angeles Times” qəzeti yazır ki, 65 yaşlı Rita Mardusyan iş yoldaşının avtomobilini yandırmaqda ittiham olunur.

 

Polisin məlumatına görə, “Lexus” markalı avtomobilin yanması ətrafında aparılan araşdırmalar zamanı hadisənin şahidi yanğın yerindən uzaqlaşan qadını gördüyünü bildirib.   

 

Artıq erməni qadına qarşı ittiham irəli sürülüb, polis onun bu hərəkətinin səbəbini aydınlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR