ABŞ-da gecə klubunda yanğın nəticəsində ölənlərin sayı 33-ə çatıb
ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində gecə klubunda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb.
APA-nın NBC telekanalına istinadən verdiyi xəbərə görə, bundan əvvəl 30 nəfərin öldüyü bildirilirdi.
Ötən gün baş verən yanğının səbəbləri hələ də naməlum olaraq qalır. Hadisə baş verdiyi an gecə klubunda 50-dən 100-dək insan olub. Şəhər rəhbərliyi yanğın nəticəsində ölənlərin sayının 40-a çatacağını istisna etmir. İnsidentlə əlaqədar araşdırmalara başlanılıb.
***
00:35
ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində gecə klubunda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 24 nəfərin öldüyü bildirilirdi.
Ötən gün baş verən yanğının səbəbləri hələ də naməlum olaraq qalır. Hazırda hadisə yerində polis və xilasediciləri işləyir.
***
20:39
ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində gecə klubunda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 10 nəfərin öldüyü bildirilirdi.
Hadisə baş verdiyi an gecə klubunda 100-dək insan olub. Ölənlərin sayının artması ehtimalı var. Ötən gün baş verən yanğının səbəbləri hələ də naməlum olaraq qalır. Hazırda hadisə yerində polis və xilasediciləri işləyir.